Bakıda 6 yaşlı uşağı avtomobil vurub

09:03 - 27 İyul 2020 - HADİSƏ

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü Qasımzadə Cavid Cəlal oğlu yaşadığı evin yaxınlığında anasının diqqətindən yayınaraq avtomobil yoluna çıxıb. Bu zaman qarşıdan gələn avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti