Qubada 66 yaşlı kişi süni göldə batıb

19:15 - 25 İyul 2020 - HADİSƏ

Quba rayonunun Vəlvələ kəndində yerləşən süni göldə boğulma hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunun Vəlvələ kəndində, süni göldə 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Xəbər xətti