2,2 min əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin edilib

13:51 - 25 İyul 2020 - Cəmiyyət

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 2,2 min nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, 4 minə yaxın əlilliyi olan şəxsə 11 mindən çox reabilitasiya vasitəsi verilib, yaşı 65-dən yuxarı 15 min tənha yaşlıya evlərində sosial xidmətlər göstərilib. 1000 nəfər isə sosial xidmət müəssisələrində stasionar şəraitdə xidmətlərlə təmin olunur.

Yeni sosial layihələr kimi, eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal - www.surdotv.az istifadəyə verilib. Sağlamlıq imkanları məhdud uşaqlara həmyaşıdları tərəfindən diqqət və qayğı ilə yanaşmanı təbliğ edən cizgi filmləri hazırlanıb.

Nazirliyin Sumqayıt, Lənkəran, Xaçmaz, Şəki şəhərlərindəki əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri də əsaslı təmir olunub və yaxın vaxtlarda istifadəyə veriləcək. Həmçinin ilin sonunadək Şağan Müalicə Pansionatı və Şirvan şəhərindəki bərpa mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin Şəmkir və Qəbələ şəhərlərində tikilən uşaq bərpa mərkəzlərinin açılışı planlaşdırılıb.

Xəbər xətti