Baş Dövlət Yol Polisi İdarəsinin binasında partlayış olub? -AÇIQLAMA

15:39 - 24 İyul 2020 - Xəbər

Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati binasında partlayış olması ilə bağlı məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, məlumat yalandır:

"İmtahan prosesi zamanı qısa qapanma olub, işıqlar sönüb.Hazırda generator qoşulub.Problemin aradan qaldırılması üçün tədbir görülüb.Heç bir partlayış baş verməyib.Yazılan məlumat əsassızdır."

Xəbər xətti