Belçikada ermənilər yenidən həmyerlilərimizə hücum ediblər.
Ucnoqta.az xəbər verir ki, bu gün Brüsseldə ermənilər soydaşlarımızdan birini vəhşicəsinə döyüblər. 6-7 nəfərlik qrup həmyerlimizə fiziki xəsarətlər yetiriblər və təhqirəramiz ifadələr işlədiblər. Bunu əks etdirən kadrlar artıq sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, həmyerlimizə hücum anı ermənilər tərəfindən internetdə canlı yayımlanıb. Bununla da ermənilər öz xislətlərini bir daha dünyaya nümayiş etdiriblər.
Xatırladaq ki, ötən gün ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərkən REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına xəsarət yetiriblər. Bundan başqa Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə ermənilərin sayca özlərindən dəfələrlə az həmvətənlərimizə hücum etmiş və 7 nəfər ağır xəsarət almışdı. Hadisə anını əks etdirən fotoları təqdim edirik.