İTV-nın redaktoru koronavirusa yoluxub- vəziyyəti ağırdır

15:01 - 22 İyul 2020 - Xəbər

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə  TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir:

“Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil”.///APA

Xəbər xətti