Mehriban Əliyeva Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib- Foto

10:14 - 22 İyul 2020 - Xəbər

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib. 

Paylaşımda deyilir:

"Hörmətli KİV nümayəndələri! Əziz dostlar!

Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"


Xəbər xətti