Gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 817 test edilib

23:40 - 20 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 817 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 634 698 test aparılıb. Aktiv xəstə sayı 8 037 nəfərdir, onlardan 344 nəfər reanimasiyadadır, 58 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti