Qubada velosiped sürən 6 yaşlı uşağı vurub öldürdü

20:54 - 20 İyul 2020 - HADİSƏ

Quba şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, qəza iyulun 19-da saat 18 radələrində qeydə alınıb.

Quba şəhəri ərazisində şəhər sakini E.Əliyev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə velosiped sürən həmyerlisi, 6 yaşlı Bəkiri  vurub. Xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti