Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:31 - 19 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 19-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 095 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 627 881 test aparılıb. Aktiv xəstə sayı 8 200 nəfərdir, onlardan 340 nəfər reanimasiyadadır, 55 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti