Bakıda “Mercedes” "BMW" ilə toqquşub – VİDEO

19:48 - 19 İyul 2020 - HADİSƏ

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza bu gün səhər saatlarında paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Videodan məlum olur ki, əks yola çıxan “Mercedes” markalı avtomobil BMW ilə toqquşub. Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. 

Xəbər xətti