Maradona futbol tarixinin ən yaxşı oyunçusu seçilib

16:56 - 19 İyul 2020 - İDMAN

TheTopTens portalı futbol tarixinin ən yaxşı oyunçuları siyahısını dərc edib.

Məlumata görə, birinci yeri italyan "Napoli" əv Kataloniyanın "Barselona" klublarının oyunçusu Dieqo Maradona tutub. İkinci yerdə Lionel Messi, üçüncü yerdə isə üçqat dünya çempionu Pele qərarlaşıblar.

Maraqlıdır ki, Turinin "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu dördüncü yerlə kifayətlənməli olub.

Futbol tarixinin top-10 oyunçuları:

1. Dieqo Maradona

2. Lionel Messi

3. Pele

4. Kriştianu Ronaldu

5. Zineddin Zidan

6. Yohan Croyf

7. Ronaldo

8. Ronaldinyo

9. Frans Bekenbauer

10. Devid Bekhem

Xatırladaq ki, daha əvvəl Lionel Messi vurduğu qolların oyunlara nisbətinə baxımından 21-ci əsrin ən yaxşı oyunçusu seçilib.///trend

Xəbər xətti