Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

23:42 - 18 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 9 263 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 619 786 test aparılıb. Aktiv xəstə sayı 8 334 nəfərdir, onlardan 333 nəfər reanimasiyadadır, 63 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti