Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qan verib- Foto

14:08 - 17 İyul 2020 - Leykoz

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Azərbaycan ordusuna, silahlı qüvvələrə mənəvi dəstəyini qanvermə aksiyası ilə bildirib.

Ucnoqta.az ETSN-ə istinadən xəbər verir ki, qurumun kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edir.

Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürür.

ETSN səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırıb.


Xəbər xətti