Sərt karantin daha 2 həftə uzadılacaq - Prezidentin köməkçisi- VİDEO

00:01 - 17 İyul 2020 - Xəbər

Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur.

Bu barədə AzTV-də Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov bildirib. "Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edib. Biz karantin rejiminin əlavə 2 həftə uzadılmasını nəzərdə tutmuşuq. Buna məcburuq", - deyə Mövsümov qeyd edib. ///qafqazinfo

Xəbər xətti