Zaxarova: “Azərbaycan və Ermənistan tərəfi ilə sərhəddəki vəziyyətin normallaşması üçün işləyirik”

18:47 - 16 İyul 2020 - Xəbər

Rusiya Xarici İşlər və Müdafiə nazirlikləri Azərbaycan və Ermənistan tərəfi ilə sərhəddəki vəziyyətin normallaşması üçün işləyir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, ölkəsinin XİN və Müdafiə Nazirliyinin vəziyyətin bundan sonra daha da gərginləşməməsi məqsədi ilə Azərbaycan və Ermənistan tərəfi ilə işlədiyini vurğulayıb.

Xəbər xətti