MN: Metsamor AES-ni vura bilərik

16:19 - 16 İyul 2020 - Xəbər

"Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir".

 Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab olaraq bildirib.

"Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər", - V.Dərgahlı qeyd edib.

Xəbər xətti