MN: Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib

15:44 - 16 İyul 2020 - Xəbər

“Bölmələrimizə qarşı keçirəcəkləri yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar”.

Bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-dək hərbi qulluqçusu tərəfindən guya Ermənistan silahlı qüvvələrinin şimal-şərq istiqamətindəki mövqelərinin ələ keçirilməsi cəhdi barədə Ermənistan müdafiə nazirliyinin nümayəndəsinin dediklərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib:

"Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir diversiya fəaliyyəti keçirməyib, Ermənistan tərəfinin bütün bu iddiaları növbəti dezinformasiyadır. Onların məqsədi bölmələrimizin mövqelərinə bu gün səhərdən başlayan hücumlarına bəraət qazandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir diversiya törətməyib və təbii ki, bu baxımdan heç bir itkimiz yoxdur. Azərbaycan xüsusi təyinatlıları arasında itki, ümumiyyətlə, ola bilməz, çünki onlar Ermənistanla sərhəddə gedən hərbi əməliyyatlara cəlb olunmayıb". ///report

Xəbər xətti