Vaqif Dərgahlı: "Azərbaycanın tankı vurulmayıb"

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyanın guya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan tankının vurulduğu barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında faktı təkzib edib: “Azərbaycanın tankı vurulmayıb. Bu yanlış məlumatdır. Azərbaycan Ordusunun bütün tankları sıradadır. Azərbaycan Silahlı Qüvvələrinin zirehli texnikası ön xətdə deyil. Azərbaycan tankları isə düşmən bölmələrinin vura bilməyəcəyi ərazidədir”.

Tarix
16 İyul 2020 [11:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-16 11:03:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin