Mahsun Kırmızıgül şəhid generalla bağlı paylaşım etdi

11:11 - 15 İyul 2020 - Xəbər

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül instaqramda ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov barədə paylaşım edib.

Sənətçi P. Həşimovun fotosunu paylaşaraq şəhid barədə sosial şəbəkələrdə müzakirə olunan fikirləri qeyd edib.

O, general-mayorun işə ictimai nəqliyyat ilə getdiyini, hər kəsə nümunə olacaq bir insan olduğunu bildirib.///qafqazinfo

 


Xəbər xətti