Ərdoğan və Tramp arasında telefon danışığı olub

08:40 - 15 İyul 2020 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trump ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib. Məlumata əsasən, tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər, həmçinin Liviya böhranına diqqəti yetirərək bölgədəki hadisələr haqqında fikir mübadiləsi aparıblar. Liderlər qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağın zəruriliyi barədə razılığa gəliblər. Dövlət başçıları Liviyada davamlı sabitliyin bərqərar olması üçün müttəfiqlər kimi sıx işləməyə razılıq verdilər.

Xəbər xətti