Şəhid generalın və şəhid polkovnikin cənazələri ata ocaqlarına aparılıb

19:27 - 14 İyul 2020 - Xəbər

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun nəşi doğulduğu Qəbələ rayonuna, polkovnik İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

Hər iki şəhidin cənazələri ata ocaqlarında böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, hər iki şəhid sabah dəfn olunacaq.///Apa

Xəbər xətti