Faktiki hava açıqlanıb

18:07 - 14 İyul 2020 - Xəbər

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Xınalıq kəndi yaxınlığında Qudyal çayı qidalandıran sol qolda saat 14:25-dən başlanan leysan yağış nəticəsində bir saat ərzində 23,6 mm yağıntı düşüb.

Qudyal çayın mənsəbinə yaxın yerdə suyun səviyyəsinin hazırda yüksəlməsi davam edir. Mənsəbdən 7-8 km yuxarıda, Hacıqurbanov kəndinə gedən kanal və arxlar su ilə dolub daşıb.

Xəbər xətti