Erməni ordusunun iki zabiti məhv edildi

15:05 - 14 İyul 2020 - Xəbər

Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti öldürülüb.

Bunu Ermənistan Müqdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepansan bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin mayoru Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Tovuz rayonu ərazisində təxribatlar törətməkdə davam edir. Hazırda ərazidə döyüşlər davam edir.

Xəbər xətti