General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq

15:02 - 14 İyul 2020 - Xəbər

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov iyulun 15-də dəfn olunacaq.

"Report" xəbər verir ki, general-mayor Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Xəbər xətti