Sumqayıtda tullantıları qalaqlayıb yandıran şəxs 600 manat cərimələndi

15:01 - 14 İyul 2020 - Xəbər

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Sumqayıt şəhərində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, iyulun 13-də keçirilmiş tədbirlər zamanı Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzlərindən birinin yaxınlığında sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, şəhər sakini M.Göyçayev barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilib və o, 600 manat cərimə olunub.

Qeyd olunur ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər xətti