"İmkan verin, ordumuz işini görsün"- Hərbi ekspert

12:06 - 14 İyul 2020 - Xəbər

Əziz dostlar! Hörmətli həmkarlar!

Sözüm sosial şəbəkə istifadəçilərinədir. VİCDANINIZ olsun. ETMƏYİN, ELƏMƏYİN belə. OLMAZ. Nə qədər demək olar. Nə qədər yazmaq olar. Açıq səhifədə yazdıqlarınızı düşmən şəxsi heyət arasında panika, dezinformasiya yaymaq üçün DƏRHAL istifadə edir. Mane olmayın, düşmənlə üz-üzə qalan əsgər və zabitlərə. Bu MÜHARİBƏDİR. BU real ÖLÜMDÜR. Bu savaşda sıravi əsgərindən tutmuş ən yüksək rütbəli zabitin, generalın belə həlak olması qaçıılmazdır. Bu Amerikada da belədir, Afrikada da belədir, bizdə də ola bilir. Sizdən yeganə xahiş: ağzınıza gələn və ağlınıza gələnləri yazmayın. İmkan verin dövlətin ordusu öz işini görsün. Bu müharibədir.

Fürsətdən istifadə edib Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmilərinə müraciət edirəm. Ölkənin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirən istənilən şəxsi cəzalandırın, ictimaiyyətə təqdim edin. Dövlət və hərbi sirri yayanların sayı həddindən çox artıb. 2014-cü il deyəsən bəzilərinin yadından çıxıb.

Tanrı Şəhidlərimizə rəhmət eləsin, əsgər və zabitlərimizə kömək olsun!!!
P.S. Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin rəsmi məlumatlarından savayı heç bir xəbəri özünüz yaymayın, paylaşmayın.

Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik-leytenant
Hərbi ekspert

Xəbər xətti