Ermənistanda koronavirusdan ölənlərin sayı 580-i ötdü

10:58 - 14 İyul 2020 - DÜNYA

Ermənistanda daha 339 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 32 490-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 581-ə çatıb. İndiyədək 20 729 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 10 996 aktiv koronavirus xəstəsi var.///report

Xəbər xətti