Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü

10:49 - 14 İyul 2020 - HADİSƏ

Bakıda zəhərlənmədən ölən qadının şəxsiyyəti müəyyənləşib.

İyulun 10-da axşam saatlarında 20-25 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ölən qadının kimliyi müəyyən edilib. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü A.Hacıyevadır və o, psixotrop maddə olan həb qəbul etdiyindən dünyasını dəyişib.///trend

Xəbər xətti