Neft ucuzlaşıb

09:23 - 14 İyul 2020 - İQTİSADİYYAT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 41,97 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,07% azalaraq 39,27 dollar təşkil edib.

Xəbər xətti