Nazirlik: Ağdam və Əlibəyli kəndləri iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutulub

09:02 - 14 İyul 2020 - Xəbər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

Ucnoqta.az xəbər verir ki, Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Xəbər xətti