Vaqif Dərgahlı: "Hazırda ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir"

13:18 - 13 İyul 2020 - Xəbər

Hal-hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir.

Bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çaılışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür.
Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.///Apa

Xəbər xətti