Tovuz istiqamətində vəziyyət gərginləşib- RƏSMİ
00:19 - 13 İyul 2020 - Xəbər
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub
Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.