Məşhur hind aktyoru koronavirusa yoluxub

23:29 - 11 İyul 2020 - Xəbər

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib. “Report” xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb. "Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor “Twitter”də yazıb. Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib. Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Xəbər xətti