Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

16:33 - 11 İyul 2020 - Xəbər

Bu gün Azərbaycanda daha 514 nəfər koronavirusdan sağalıb, 6 nəfər isə vəfat edib.

Bu barədə Ucnoqta.az-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 531 yeni yoluxma qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8 616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045, ötən müddət ərzində isə ümumilikdə 560 356 test aparılıb.

Xəbər xətti