Çempionlar Liqasında oyunların tarixi açıqlandı

15:49 - 11 İyul 2020 - İDMAN

Çempionlar Liqasında 1/4 final, yarımfinal və final təqivimi müəyyənləşib.

UEFA qarşılaşmaların keçiriləcəyi tarixi açıqlayıb. Bir oyundan ibarət olacaq matçlar Portuqaliyanın paytaxtı Lissabonda yerləşən "Da Luz" və "Joze Aveado" stadionlarında baş tutacaq.

Final oyunu avqustun 23-də "Da Luz" arenasında olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək.

Çempionlar Liqası

1/4 final
12 avqust
“Atalanta” (İtaliya) - PSJ (Fransa)

13 avqust
“Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)

14 avqust
“Napoli” (İtaliya)/“Barselona” (İspaniya) cütünün qalibi - “Çelsi” (İngiltərə)/“Bavariya”(Almaniya) cütünün qalibi

15 avqust
“Real” (İspaniya)/“Mançester Siti” (İngiltərə) cütünün qalibi - “Lion” (Fransa)/“Yuventus” (İtaliya) cütünün qalibi

Yarımfinal
18 avqust
“Leypsiq”/“Atletiko” cütünün qalibi - “Atalanta”/PSJ cütünün qalibi

19 avqust
“Real”/“Mançester Siti” - “Lion”/“Yuventus” cütlərinin qalibi - “Napoli”/“Barselona” - “Çelsi”/“Bavariya” cütlərinin qalibi

Final
23 avqust
///apasport

Xəbər xətti