Ər-Riyaddan 83 həmyerlimiz vətənə gətirildi

11:58 - 11 İyul 2020 - Xəbər

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan Bakıya çarter reysi yerinə yetirib.

Bununla da 83 həmyerlimiz vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada həyata keçirilir. 

Xəbər xətti