Çempionlar Liqasının həlledici mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərindəki tədbir üç hissədən ibarət olub.
Öncə 1/4 finalın püşkü atılıb. Burada 4 klub və cavab oyunları hələ keçirilməyən 1/8 finalın 4 cütünün rəqibləri bəlli olub. Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək və bir qarşılaşmadan ibarət 1/4 görüşləri avqustun 12-15-də oynanılacaq.

Ardınca yarımfinal mərhələsinin püşkü atılıb. Həmçinin final matçının nominal meydan sahibi bəlli olub. Lissabondakı 1/2 final görüşləri avqustun 18-19-da, final 23-də baş tutacaq.

Çempionlar Liqası

1/4 final
1. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) cütünün qalibi - “Lion” (Fransa) – “Yuventus” (İtaliya) cütünün qalibi
2. “Leypsiq” (Almaniya) - “Atletiko” (İspaniya)
3. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) cütünün qalibi - “Çelsi” (İngiltərə) - “Bavariya”(Almaniya) cütünün qalibi
4. “Atalanta” (İtaliya) - PSJ (Fransa)

Yarımfinal
6. 1-ci cütün qalibi – 3-cü cütün qalibi
7. 2-ci cütün qalibi – 4-cü cütün qalibi

Final
6-cı cütün qalibi – 5-ci cütün qalibi

Qeyd edək ki, 1/8 final cütlərində cavab matçları avqustun 7-8-də keçiriləcək.///Apasport.az

Tarix
10 İyul 2020 [14:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-10 14:31:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin