Qadına qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

09:47 - 10 İyul 2020 - HADİSƏ

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Məlumata görə, iyunun 29-da Yasamal rayonu Ş. Mehdiyev küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 290 manat əl çantasını soyğunçuluq yolu ilə talayıb qaçarkən Post Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Onun əvvəllər soyğunçuluğa görə məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Aslanov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti