Azərbaycanda koronavirusla bağlı son statistika AÇIQLANDI

22:25 - 9 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 505 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 544 735 test aparılıb. Aktiv xəstə sayı 8 589 nəfərdir, onlardan 329 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti