Cavid Paşayevin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

16:40 - 9 İyul 2020 - Xəbər

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin koronavirusa yoluxmuş müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb.

Həkim Cavid Paşayevin qardaşı Elvin Paşayev ailəsi adından Mehriban Əliyevaya təşəkkür edib: "Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva qardaşım Cavid Paşayevin səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Buna görə ailəmiz adından Mehriban xanıma təşəkkür edirik".

Xəbər xətti