DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı- YENİLƏNİB

14:05 - 9 İyul 2020 - HADİSƏ

Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfattı Nazirliyi ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib.

Əməliyyat ölkənin bir neçə rayonunda keçirilib. Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb. Saxlanılan şəxslərin əksəriyyəti ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir. Hazırda əməliyyat davam etdirilir. Hadisə barədə ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

XXX

13:38

DİN Kənd Təsərüfatı Nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Məlumata görə, əməliyyatda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edir. Kənd təsərrüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaların mənimsənilməsilə bağlı özel sektorda vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Məlumatlara görə, 10-dən çox rayonda fermerlərə ayrılan subsidiyalar mənimsənilib.

Əməliyyat barədə ictimaiyyətə geniş məlumatın veriləcəyi bildirlir.///trend

 

Xəbər xətti