2 yaşlı körpəni avtomobil vurdu, vəziyyəti ağırdır

09:30 - 9 İyul 2020 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb.

Naximov küçəsində yasayan babasıgilə qonaq gələn 2018-ci il təvəllüdlü Əliyev Adəm Tərxan oğlu valideynlərinin diqqətindən yayınaraq hərəkətdə olan avtomobilin qarşısına qaçıb. Bu zaman onu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin və baş-beyin sikələnməsi diaqnozu qoyulub.///report

 

Xəbər xətti