Xızıda yük avtomobili yanıb

08:40 - 9 İyul 2020 - HADİSƏ

Xızı rayonunun Təzəkənd kəndində “HOWO” markalı yük avtomobilinin arxa təkəri yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti