Bakıda 28 yaşlı qız motosikletlə qəza törətdi

08:01 - 9 İyul 2020 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb. Sürücü, 1992-ci il təvəllüdlü Qasımova Günay Ərəstun qızı “Koroglu” metrostansiyasının yaxınlığında motosikletə idarəetməni itirib. Nəticədə o, hadisə yerində bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti