Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:46 - 8 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 355 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 537 230 test aparılıb. Aktiv xəstə sayı 8 542 nəfərdir, onlardan 317 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti