TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqladı

17:10 - 8 İyul 2020 - HADİSƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin son durumunu açıqlayıb.

Bununla bağlı “Report”a açıqlama verən TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində 7 həkim xəsarət alıb.

“Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanaya müayinə üçün aparılıb. Hazırda onların müayinələri davam edir”, - o bildirib.

 

Xəbər xətti