Bakıda avtomobil piyadanı vuraraq öldürdü

12:10 - 8 İyul 2020 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, iyulun 8-i saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Roman Aslanovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.///report

Xəbər xətti