Rusiyada adam öldürən azərbaycanlı axtarışa verilib

11:16 - 8 İyul 2020 - HADİSƏ

Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən azərbaycanlı axtarşa verilib.

Məlumata görə, Gürcüstanın Marneuli rayonunda anadan olan azərbaycanlı, 1988-ci il təvəllüdlü Anar Xudiyev qəsdən adam öldürmə və silahlı basqın etməkdə təqsirli bilinir.

Rusiya hüquq-mühafizə təqsirləndirilən şəxsin istintaqa cəlb edilməsi barədə qərar verib. Məhkəmə orqanı onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.///trend

 

Xəbər xətti