Şəkidə ustanı "tok" vurub öldürdü

20:15 - 6 İyul 2020 - HADİSƏ

Şəkidə evin dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə axşam saat 19 radələrində Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib. Fərdi yaşayış evinin daş örtüyünü quraşdıran usta, Şəki şəhər sakini Nəriman Mustafayevi ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. N. Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.///Apa

Xəbər xətti